13 may 2013-cü il tarixdə paytaxtın Xəzər rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

13 may 2013-cü il

13 may 2013-cü il tarixdə saat 00:30 radələrində Mərdəkan qəsəbəsində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Əlimuradov Mirabbas Nazim oğlunun idarə etdiyi “Vaz 21015” markalı, 90-NA-178 dövlət qeydiyyat nişanlı avtobillə 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Qəhrəmanov Ağəmməd Zakir oğlunun idarə etdiyi “Tayota” markalı, 99-CC-901 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-21015” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1985-cı il təvəllüdlü Bakı şəhər sakini Quliyev Məmmədəli Vahid oğlu aldığları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi