14 may 2013-cü il tarixdə paytaxtın Səbail rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

14 may 2013-cü il

14 may 2013-cü il tarixdə saat 03:50 radələrində paytaxtın Səbail rayonu, Neftçilər prospektində 1984-ci il təvəllüdlü Bakı şəhər sakini Əhməd-Pur Elşən İbrahim oğlunun idarə etdiyi “PRADO” markalı, 10-ZZ-969 dövlət qeydiyyat nişanlı avtobillə 1991-cı il təvəllüdlü Bakı şəhər sakini Yusubov Ruslan Eldar oğlunun 124 saylı marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı, 10-TF-418 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Qəza nəticəsində “PRADO” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin Bakı şəhər sakini 1985-cı il təvəllüdlü Meftoliyeva Samirə Siracəddin qızı aldığları xəsarətlərdən hadisə yerində ölüblər, avtobusun sürücüsü isə xəsarət alaraq Travmataloqiya institutuna yerləşdirilmişdir.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi