Məlumatlar 23 noyabr 2017-ci il

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

16 may 2013-cü il tarixdə Xaçmaz rayonu ərazisində 4 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

16 may 2013-cü il

16 may 2013-cü il tarixdə saat 01:00 radələrində, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən 16-ci km-də 1983-cü il təvəllüdlü Quba rayon sakini Vahidli Natiq Ağa oğlunun idarə etdiyi “VAZ-2101” markalı, 49-BC-209 dövlət qeydiyyat nişanlı avtomolillə 1986-cı il təvəllüdlü Salyan rayon sakini Abbasov Amid Fərhad oğlunun idarə etdiyi “Qaz-33012” markalı, 85-BX-901 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2101” markalı avtomobilin sürücüsü N.Vahidli və avtomobildə olan sərnişinlər 1990-ci il təvəllüdlü Quba rayon sakinləri Vahidov Hikmət Fikrət oğlu, 1993-cu il təvəllüdlü Vahidov Qismət İsmət oğlu, 1990-cı il təvəllüdlü Babayev Nəzər Bahəddin oğlu aldığları xəsarətlərdən hadisə yerində ölmüş, “Qaz-33012” markalı avtomobil sürücüsü və avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Əhmədli Müseyib Fəxrəddin oğlu xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi