15 may 2013-cü il tarixdə Bərdə rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

15 may 2013-cü il

15 may 2013-cü il tarixdə saat 22:30 radələrində Bərdə şəhərinin Bakı küçəsində 1980-ci il təvəllüdlü Bərdə rayon sakini Əhmədov Vüsal Vaqif oğlu idarə etdiyi “Mersedes-Benz” markalı, 10-XN-088 dövlət qeydiyyat nişanlı avtomolillə yol kənarında dayanmış 3 avtomobili vurub.

Qəza nəticəsində ilk zərbə dəymiş “Mersedes-Benz” markalı, 90-EJ-135 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər 2009-cu il təvəllüdlü Verdiyeva Aysun Zamin qızı və 1949-cu il təvəllüdlü Verdiyev Şahin Qurban oğlu hadisə yerində ölüblər, digər sərnişin 1958-ci il təvəllüdlü Abbasova Şükufə Miriş qızı, “Mersedes-Benz” markalı, 10-XN-088 dövlət qeydiyyat nişanlı avtomabilin sürücüsü, habelə avtomobillərin toqquşması nəticəsində səkidə dayanan piyada 1971-ci il təvəllüdlü Əsədov Ruslan Məmməd oğlu xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi