18 may 2013-cü il tarixdə Quba rayonu ərazisində 5 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

18 may 2013-cü il

18 may 2013-cü il tarixdə saat 07:45 radələrində Bakı-Quba avtomobil yolunun Quba rayonu ərazisindən keçən 185-ci km-də 1987-ci il təvəllüdlü Göy-Göl rayon sakini Əliyev Seymur Tələt oğlunun idarə etdiyi “RAF” markalı, 10-EX-294 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü S.Əliyev və avtomobildə olan sərnişinlər 1989-cu il təvəllüdlü Adgözəlov Rəşad Niyaz oğlu, 1986-cı il təvəllüdlü

Bayramov Ayaz Rəşid oğlu, 1991-ci il təvəllüdlü İsmayılov Elmir Faiq oğlu, 1992-ci il təvəllüdlü İsmiyev Əlibəy Ədalət oğlu aldığları xəsarətlərdən hadisə yerində ölüblər, avtomobildə olan digər sərnişinlər 1992-ci il təvəllüdlü İskəndərov Əfqan Şərif oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Fariz Elbəy oğlu, 1992-ci il təvəllüdlü Həsənov Elnur Maksim oğlu, 1988-ci il təvəllüdlü Musayev Ruslan Sabir oğlu, 1990-cı il təvəllüdlü İsayev Namiq Qəhrəman oğlu və 1993-cü il təvəllüdlü Ağalizadə İsmayıl Bahaləddin oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi