18 may 2013-cü il tarixdə paytaxtın Nəsimi rayonu ərazisində 2 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

18 may 2013-cü il

18 may 2013-cü il tarixdə saat 18:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisindəki 28 may küçəsi ilə K. Səfərəliyeva küçələrinin kəsişməsində 1985-ci il

təvəllüdlü Bakı şəhər sakini Məmmədov Samir Valeh oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TG-379 dövlət qeydiyyat nişanlı avtomobillə 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Əliyev Pənah Mətləb oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı, 90-CG-532 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “Mersedes-Benz” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlərdən 1966-cı il təvəllüdlü Bakı şəhər sakini Papov Pavel Nikolayeviç hadisə yerində ölüblər, digər sərnişinlər Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Həsənov Ramin Xaliq oğlu, 1963-cü il təvəllüdlü Qafarov Elman Ellaz oğlu, 1968-ci il təvəllüdlü Kərimova Nailə Gürşad qızı və 1971-ci il təvəllüdlü Hüseynova İradə Cavanşir qızı xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi