Məlumatlar 19 03 2024Y il

Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyə

19 may 2013-cü il tarixdə İmişli rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

19.05.2013

19 may 2013-cü il tarixdə saat 17:00 radələrində İmişli-Bəhrəmtəpə yolunun İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən 2-ci km-də 1986-cı il təvəllüdlü İmişli rayon sakinləri Əsədov Asim İlqar oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı, 30-BF-661 dövlət qeydiyyat nişanlı avtomobillə 1973-cü il təvəllüdlü Mejdunov Firidun Fazil oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı, 90-LS-264 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 90-LS-264 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlərdən 1932-ci il təvəllüdlü Məmmədova Maral İsmayıl qızı və 1967-ci il təvəllüdlü Məmmədov Daməd Məmməd oğlu hadisə yerində ölüblər, həmin avtomobilin sürücüsü və sərnişini 1989-cu il təvəllüdlü İbadov Elməddin Vəkil oğlu, habelə 30-BF-661 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və 1986-cı il təvəllüdlü sərnişini Atayev Fərhad Yeniulduz oğlu xəsarət alaraq İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.