23 may 2013-cü il tarixdə Sumqayıt şəhərində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

23 may 2013-cü il

23 may 2013-cü il tarixdə saat 17:57 radələrində Bakı-Quba avtomobil yolunun 34-cü km-də 1965-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Musayev Musa İsabala oğlunun idarə etdiyi “Kamaz” markalı, 14-BC-521 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1956-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Məmmədov Sahib Əli oğlunun idarə etdiyi “VAZ-21011” markalı, 10-VG-259 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü S.Məmmədov və avtomobildə olan sərnişinlər Sumqayıt şəhər sakinləri, 1941-ci il təvəllüdlü Cəbiyev Xanqulu İbiş oğlu, 1967-cı il təvəllüdlü Allahverdiyev Səməd Dəmir oğlu aldığları bədən xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi