09 iyun 2013-cü il tarixdə Yevlax rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

09 iyun 2013-cü il

09 iyun 2013-cü il tarixdə saat 23:40 radələrində Yevlax-Ağdam yolunun 9-cu km-də 1988-cı il təvəllüdlü Biləsuvar rayon sakini Qasımov Rəşad Səlim oğlunun idarə etdiyi “Chevrolet” markalı, 09-BJ-081 dövlət qeydiyyat nişanlı avtomobili ilə 1967-ci il təvəllüdlü Ağdam rayon sakini Bayramov Habil Məhəmməd oğlunun idarə etdiyi “QAZ-53” markalı, 03-BF-234 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində“Chevrolet” markalı avtomobildə olan sərnişinlər, Bərdə rayon sakini 1993-cü il təvəllüdlü Şahbazi Cəfər Hüseyn oğlu, Şəki rayon sakini 1985-ci il təvəllüdlü Mahmudova Aynur Soltan qızı hadisə yerində ölüblər, sürücü və digər sərnişin Şahbazi Fizuli Hüseyn oğlu isə xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi