21 iyun 2013-cü il tarixdə Astara rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

21 iyun 2013-cü il

21 iyun 2013-cü il tarixdə saat 16:00 radələrində Bakı-Astara yolunun 226-cı km-də 1981-ci il təvəllüdlü İran İslam Respublikasının vətəndaşı Bağheri Behzad Cəlil oğlunun idarə etdiyi “İVEKO NT 36-330” markalı, 53 A 597-10 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1951-ci il təvəllüdlü Astara rayon sakini Həsənov Nəsir Murad oğlunun idarə etdiyi “VAZ-21011” markalı, 10-FT-075 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

    Qəza nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, qızı 1981-ci il təvəllüdlü Əliyeva Natavan Nəsir qızı hadisə yerində ölüblər, avtomobildə olan digər sərnişinlər Natavan Əliyevanın oğlanları - 2006-cı il təvəllüdlü Əliyev Rəşad İlkin oğlu və 2007-ci il təvəllüdlü Əliyev Əli İlkin oğlu xəsarət alaraq Astara Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

     Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi