28 iyun 2013-cü il tarixdə Qusar rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

28 iyun 2013-cü il

28 iyun 2013-cü il tarixdə saat 12:50 radələrində Qusar-Xudat yolunun 10-cu km-də 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Fərəcullayev Fətulla Qurban oğlunun idarə etdiyi “Ford-Tranzit” markalı, 99-CD-242 dövlət qeydiyyat nişanlı avtomobillə 1966-cı il təvəllüdlü Qusar rayon sakini Məmmədov Bəxtiyar Ağadadaş oğlunun idarə etdiyi “VAZ-21063” markalı, 10-FR-885 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-21063” markalı avtomobilin sürücüsü hadisə yerində, həmin avtomobildə olan sərnişin, Quba rayon sakini 1979-cu il təvəllüdlü Xanbabayev Əli Rzaqulu oğlu isə xəstəxanada ölüblər, “Ford Tranzit” markalı avtomobilin sürücüsü və onun avtomobildə olan sərnişin Bakı şəhər sakini 1974-cü il təvəllüdlü Yədai Tofiq Xeyrulla oğlu isə xəsarət alaraq Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi