01 iyul 2013-cü il tarixdə Göyçay rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

01 iyul 2013-cü il

01 iyul 2013-cü il tarixdə saat 11:15 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonu ərazisindən keçən 227-ci km-də 1992-ci il təvəllüdlü Göyçay rayon sakini Qəribov Rakif Qalib oğlunun idarə etdiyi “Hyundai Santa Fe” markalı, 99-EX-611 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq sol tərəfdəki daş hasara çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin Göyçay rayonu sakini 1992-ci il təvəllüdlü Əhmədov Bəhram Mübariz oğlu hadisə yerində, avtomobilin sürücüsü isə xəstəxanada ölüb, avtomobildə olan digər sərnişin 1991-ci il təvəllüdlü Əliyev Elman Mübariz oğlu xəsarət alaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi