08 iyul 2013-cü il tarixdə Masallı rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

08 iyul 2013-cü il

08 iyul 2013-cü il tarixdə saat 24:00 radələrində Masallı-Yardımlı yolunun 15-ci km-də 1978-ci il təvəllüdlü Yardımlı rayon sakini Abışov Gündüz Gülağa oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 44-BJ-723 dövlət qeydiyyat nişanlı avtomobillə 1985-ci il təvəllüdlü Masallı rayon sakini Əhədli Zaur Nurəddin oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 99-BN-688 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü G. Abışov və avtomobildə olan sərnişin 1960-cı il təvəllüdlü Sabirabad rayon sakini Cəfərov Pərviz Əliaslan oğlu hadisə yerində ölüblər, həmin abtomobildə olan sərnişin  İmişli ayon sakini 1968-ci il təvəllüdlü Hüseynov Taleh Ümüdəli oğlu və “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Z.Əhədli xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. 


xəbərlərin arxivi