6 avqust 2013-cü il tarixdə Quba rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

06 avqust 2013-cü il

6 avqust 2013-cü il tarixdə saat 09:00 radələrində Quba-Qusar yolunun Dağlı kəndi ərazisindən keçən 2-ci km-də 1986-cı il təvəllüdlü Qusar rayon sakini Hüseynov Ramin Muxtar oğlu “VAZ-21074” markalı, 90-RD-338 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən idarəetməni itirərək yolun sağ kənarındakı ağaca çırpılıb.  

Qəza nəticəsində sürücü hadisə yerində, sərnişin 1984-cü il təvəllüdlü Mehdiyev Elbrus Əlövsət oğlu isə çatdırıldığı xəstəxanada ölüblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi