15 avqust 2013-cü il tarixdə Qəbələ rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

15 avqust 2013-cü il

15 avqust 2013-cü il tarixdə saat 09:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu ərazisindən keçən 67-ci km-də 1990-cı il təvəllüdlü Ağdaş rayon sakini Abdullayev Xəzər Habil oğlunun idarə etdiyi “Kamaz-65115” markalı, 99-GS-181 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1985-ci il təvəllüdlü Ağdam rayon sakini Qəhrəmanov Fuad Əyyub oğlunun idarə etdiyi “Mercedes-Benz-200” markalı, 90-DJ-355 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Mercedes-Benz-200” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1987-ci il təvəllüdlü Balakən rayon sakini Orucov Rauf Sədullah oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi