16 avqust 2013-cü il tarixdə Oğuz rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

16 avqust 2013-cü il

16 avqust 2013-cü il tarixdə saat 19:10 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Oğuz rayonu ərazisindən keçən 94-cü km-də 1959-cu il təvəllüdlü Şəki rayon sakini Salahov Zabit Paşa oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı, 90-XD-699 dövlət qeydiyyat nişanlı avtomobillə 1950-ci il təvəllüdlü Biləsuvar rayon sakini Seyfullayev Əlibəy Nəci oğlunun idarə etdiyi “Mercedes- Actros-1835” markalı, 10-JT-530 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində “Hyundai Sonata” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər, Şəki rayon sakinləri 1965-ci il təvəllüdlü Humbətova Təranə Zəkəriyyə qızı və 2013-cü il təvəllüdlü Musayev Ömər Anar oğlu hadisə yerində ölüblər həmin avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Musayeva Gunay Zabit qızı xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi