Məlumatlar 23 noyabr 2017-ci il

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

06 sentyabr 2013-cü il tarixdə Tərtər rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

06 sentyabr 2013-cü il

06 sentyabr 2013-cü il tarixdə saat 00:30 radələrində Bərdə-Ağdam yolunun Oğuz rayonu ərazisindən keçən 9-cu km-də 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Muradov Ziyad Vidadi oğlunun idarə etdiyi “Mercedes Benz 250D” markalı, 10-VL-351 dövlət qeydiyyat nişanlı avtomobillə 1984-cü il təvəllüdlü Bərdə rayon sakini Tənifəyev Vüqar Elburus oğlunun idarə etdiyi “Vaz-2101” markalı, 11-BC-045 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “Mercedes Benz 250D” markalı avtomobildə olan sərnişinlər, Mingəçevir şəhər sakinləri 1958-ci il təvəllüdlü Əhmədova Gülarə Nəriman qızı və 1982-ci il təvəllüdlü İbrahimov Həsən Oktay oğlu hadisə yerində ölüblər, “Vaz-2101” markalı avtomobilin sürücüsü isə xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 
xəbərlərin arxivi