21 sentyabr 2013-cü il tarixdə Ağdam rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

21 sentyabr 2013-cü il

 21 sentyabr 2013-cü il tarixdə saat 01:45 radələrində Hindarx-Borsunlu avtomobil yolunun İmanqulubəyli kəndi ərazisində 1984-cü il təvəllüdlü Ağdam rayon sakinləri Bağırov Rafiq Cəbrayıl oğlunun idarə etdiyi “VAZ-21011” markalı, 10-ER-173 dövlət qeydiyyat nişanlı avtomobillə 1977-ci il təvəllüdlü Əsgərov Fərhad Əsgər oğlunun idarə etdiyi “VAZ-21011” markalı, 04-BB-696 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində 10-ER-173 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Quliyev Loğman Araz oğlu və 04-BB-696 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisə yerində ölüblər, digər avtomobilin sürücüsü isə xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi