25 sentyabr 2013-cü il tarixdə paytaxtın Nərimanov rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

25 sentyabr 2013-cü il

25 sentyabr 2013-cü il tarixdə saat 03:30 radələrində paytaxtın Azadlıq prospektinin Nərimanov rayonundan keçən ərazisində 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Mehdiyev Fuad Qocəli oğlu idarə etdiyi “VAZ-21144” markalı, 90-GK-028 dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarındakı ağaca çırpıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər 1994-cü il təvəllüdlü Bakı şəhər sakinləri Hacıverdiyev Elxan Rauf oğlu və 1991-ci il təvəllüdlü Xvalov Andrey Anatolyeviç hadisə yerində ölüblər, sürücü isə xəsarət alaraq Klinik Tibbi Mərkəzə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi