26 sentyabr 2013-cü il tarixdə Zaqatala rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

26 sentyabr 2013-cü il

26 sentyabr 2013-cü il tarixdə saat 20:00 radələrində Zaqatala-Danaçı yolunun 12-ci km-də 1990-cı il təvəllüdlü Zaqatala rayon sakini Kahayev Elçin Şamil oğlu idarə etdiyi “Nissan-Tiana” markalı, 99-FC-655 dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ tərəfindəki ağaca çırpıb.
Qəza nəticəsində avtobilin sürücüsü və avtomobildə olan sərnişinlər, Zaqatala rayon sakinləri 1984-cü il təvəllüdlü Musayev Sərxan Bədrəddin oğlu 1990-cı il təvəllüdlü Məcidov Elvin Ramazan oğlu və 1993-cü il təvəllüdlü Əliyev Şaban Cəmaləddin oğlu xəsarət alaraq Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da sürücü və sərnişin S.Musayev xəstəxanada ölüblər.
  Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi