29 sentyabr 2013-cü il tarixdə Xaçmaz rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

29 sentyabr 2013-cü il

29 sentyabr 2013-cü il tarixdə saat 15:00 radələrində Xaçmaz-Qımılqışlaq kənd yolunun 3-cü km-də 1968-ci il təvəllüdlü Xaçmaz rayon sakini Xankişiyev Şakir Balaəhməd oğlu idarə etdiyi “Ford Transit” markalı, 10-OV-293 dövlət qeydiyyat nişanlı mikroavtobusla hərəkətdə olduğu zaman idarəetməni itirərək onu yolun sol tərəfindəki ağaca çırpıb.

Qəza nəticəsində mikroavtobusun sürücüsü və avtomobildə olan sərnişin 1971-ci il təvəllüdlü Xaçmaz rayon sakini Ramazanov Siracəddin Ramazan oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi