29 sentyabr 2013-cü il tarixdə Siyəzən rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

29 sentyabr 2013-cü il

29 sentyabr 2013-cü il tarixdə saat 14:50 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 114,9-cu km-də 1992-ci il təvəllüdlü Culfa rayon sakini Cəfərov Ehtiram Akif oğlunun idarə etdiyi ”Shacman” markalı, 90-NZ-488 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan, 1988-ci il təvəllüdlü Siyəzən rayon sakini Orucov Samir Məlik oğlunun idarə etdiyi “VAZ 21061” markalı, 53-BA-721 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ 21061” markalı avtomobilin sərnişinləri, Siyəzən rayon sakinləri 1982-ci il təvəllüdlü İsgəndərova Xəyalə Vəlixan qızı, onun övladları - 2005-ci il təvvüllüdlü Elnur və 2007-ci il təvəllüdlü Elmar hadisə yerində ölüblər, digər sərnişin 1976-cı il təvəllüdlü İsgəndərov Eldəniz İsrafil oğlu və minik avtomobilinin sürücüsü xəsarət alaraq Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi