30 sentyabr 2013-cü il tarixdə Abşeron rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

30 sentyabr 2013-cü il

30 sentyabr 2013-cü il tarixdə saat 05:10 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 32-ci km-də 1986-cı il təvəllüdlü Göyçay rayon sakini Rəçəbov Anar Niman oğlunun idarə etdiyi “VAZ-21099” markalı, 23-BH-702 dövlət qeydiyyat nişanlı avtomobillə 1977-ci il təvəllüdlü Abşeron rayon sakini Behbudov Eldəniz Əliqardaş oğlunun idarə etdiyi “Vaz-2103” markalı, 52-BD-414 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-21099” markalı avtomobildə olan sərnişinlər 1990-cı il təvəllüdlü Göyçay rayon sakini Məmmədov Cahangir Rahim oğlu hadisə yerində, digər sərnişin 1956-cı il təvəllüdlü Rusiyya Federasiyasının vətəndaşı Yaqubi İradə Ərzi qızı xəstəxanada ölüblər, “Vaz-2103” markalı avtomobilin sürücüsü isə xəsarət alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi