06 oktyabr 2013-cü il tarixdə Qobustan rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması, Kürdəmir rayonu ərazisində isə 2 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

06 oktyabr 2013-cü il

06 oktyabr 2013-cü il tarixdə saat 12:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 63-cü km-də 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Səmədov Ramiz Ələddin oğlunun idarə etdiyi “Vaz-2107” markalı, 10-FR-782 dövlət qeydiyyat nişanlı avtomobillə 1965-ci il təvəllüdlü Quliyev İlqar Özbək oğlunun idarə etdiyi “Ford Transit” markalı, 208513Jİ tranzit qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “Vaz-2107” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, həmin avtomobildə olan sərnişin 1938-ci il təvəllüdlü Bakı şəhər sakini Səmədova Həmidə Ömər qızı və “Ford Transit” markalı avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya çatdırılsalar da H.Səmədova xəstəxanada vəfat edib.

Digər yol-nəqliyyat hadisəsi həmin gün saat 22:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Kürdəmir rayonu ərazisində qeydə alınıb. 1957-ci il təvəllüdlü Kürdəmir rayon sakinləri Fərzəliyev Gülağa Əliağa oğlunun idarə etdiyi “Kamaz-53212” markalı, 33-BA-437 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1980-ci il təvəllüdlü Umudov Elşad Müslüm oğlunun idarə etdiyi “Vaz-2106” markalı, 10-BK-262 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Vaz-2106” markalı avtomobilin sərnişinləri 1969-cu il təvəllüdlü Zeynalov Zülfüqar İslam oğlu və 1940-cı il təvəllüdlü Umudova Zeylə Ağasalı qızı hadisə yerində ölüblər, həmin avtomobilin sürücüsü və digər sərnişinlər, 1972-ci il təvəllüdlü Hüseynov Səyyad Babacan oğlu, 2005-ci il təvəllüdlü Umudov Sahil Səyyad oğlu, 2008-ci il təvəllüdlü Umudov Müslüm Elşad oğlu və 2009-cu il təvəllüdlü Umudov Şakir Elşad oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktlarla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi