23 oktyabr 2013-cü il tarixdə Xaçmaz rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

23 oktyabr 2013-cü il

23 oktyabr 2013-cü il tarixdə saat 21:50 radələrində Gəndab-Yalama yolunun Xaçmaz rayonu, Çarxı kəndi ərazisindən keçən 17-ci km-də 1970-ci il təvəllüdlü Qobustan rayon sakini Məmmədov Kərim Kərim oğlunun idarə etdiyi “Kamaz-5310” markalı, 10-GV-644 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1975-ci il təvəllüdlü Quba rayon sakini Qafarov Murad Cavanşir  oğlunun  idarə etdiyi “MTZ-80” markalı, 40-T-422 dövlət qeydiyyat nişanlı traktor toqquşub. Toqquşmadan 2 dəqiqə sonra Yalama istiqamətindən Gəndab istiqamətinə doğru hərəkətdə olan 1976-cı il təvəllüdlü Xaçmaz rayon sakini Kərimov Yaşar Mustafa oğlunun idarə etdiyi “Moskviç-412” markalı, 27-BF-352 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya uğrayaraq aşmış vəziyyətdə olan traktora çırpılıb.
Qəza nəticəsində “Moskviç-412” markalı avtomobilin sürücüsü Y.Kərimov və həmin avtomobildə olan sərnişin 1967-ci il təvəllüdlü Xaçmaz rayon sakini Musayev Əlislam Ağaqulu oğlu hadisə yerində ölüblər, digər sərnişin 1966-cı il təvəllüdlü Xaçmaz rayon sakini Quliyev Yaqub Həmid oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi