Məlumatlar 23 noyabr 2017-ci il

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

26 noyabr 2013-cü il tarixdə Ağstafa rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

26 noyabr 2013-cü il

26 noyabr 2013-cü il tarixdə saat 17:15 radələrində Bakı-Qazax sərhədi yolunun Ağstafa rayonu ərazisindən keçən 450-ci km-də 1972-ci il təvəllüdlü Qazax rayon sakini Mustafayev Mətləb Əmiraslan oğlunun idarə etdiyi “Mercedes-Sprinter” markalı, 35-BH-582 dövlət qeydiyyat nişanlı mikroavtobusla 1976-cı il təvəllüdlü Tovuz rayon sakini Həşimov Ceyhun Elman oğlunun idarə etdiyi “Kamaz-5511” markalı, 23-BD-104 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub, zərbədən “Mercedes-Sprinter” markalı avtomobil aşaraq yolun kənarında dayanmış piyada, 1979-cu il təvəllüdlü Ağstafa rayon sakini Tağıyev Niyaməddin Əli oğluna dəyib.
Qəza nəticəsində “Mercedes-Sprinter” markalı avtomobilin sürücüsü və piyada ölüblər, mikroavtobusun digər sərnişinləri, 1989-cu il təvəllüdlü Ucar rayon sakini Səmədzadə Səməd Namiq oğlu və 1958-ci il təvəllüdlü Sabirabad rayon sakini Nəsibov Elçin Xəlil oğlu xəsarət alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
 Faktla bağlı araşdırma aparılır. 
xəbərlərin arxivi