12 dekabr 2013-cü il tarixdə Qax rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

12 dekabr 2013-cü il

12 dekabr 2013-cü il tarixdə saat 14:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun 80-ci km-də 1959-cu il təvəllüdlü Bakı şəhər sakini Davudov Azər Hüseyn oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı, 90-SA-548 dövlət qeydiyyat nişanlı minik avtomobili hərəkətdə olarkən yoldan çıxaraq sağ tərəfdəki ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri 2008-ci il təvəllüdlü İbrahimova Firuzə İlham qızı hadisə yerində, 1969-cu il təvəllüdlü İbrahimova Nərgiz Rafiq qızı isə çatdırıldığı Qax Mərkəzi Rayon Xəstəxanasına ölüblər.
Faktla bağlı araşdırma aparılır.  
xəbərlərin arxivi