23 dekabr 2013-cü il tarixdə Şamaxı rayonu ərazisində 3 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

23 dekabr 2013-cü il

23 dekabr 2013-cü il tarixdə saat 23:45 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 115-ci km-də 1979-cu il təvəllüdlü İsmayıllı rayon sakini Xəlilov Ramil Rövşən oğlunun idarə etdiyi “VAZ-21011” markalı, 60-BH-117 dövlət qeydiyyat nişanlı avtomobillə 1992-ci il təvəllüdlü Şamaxı rayon sakini Musayev İlyas Şahbala oğlunun idarə etdiyi “VAZ-21015” markalı, 90-HK-259 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-21011” markalı avtomobildə olan sərnişin 1981-ci il təvəllüdlü İsmayıllı rayon sakini İskəndərova Günel Ələskər qızı, habelə “VAZ-21015” markalı avtomobildə olan sərnişinlər, Şamaxı rayon sakinləri 1991-ci il təvəllüdlü Həsənov Həsənağa Binyəm oğlu və 1993-cü il təvəllüdlü Aslanov Musa Abbas oğlu yerində ölüblər, hər iki avtomobilin sürücüləri, eləcə də “VAZ-21011” markalı avtomobilin digər sərnişinləri 2008-ci il təvəllüdlü Xəlilov Əliheydər Ramil oğlu və 2010-cu il təvəllüdlü Xəlilov Abbas Ramil oğlu xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi