3 yanvar 2014-cü il tarixdə Xaçmaz rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

03 yanvar 2014-cü il

3 yanvar 2014-cü il tarixdə saat 02:00 radələrində Gəndab-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 22-ci km-də Xaçmaz rayon sakinləri 1988-ci il təvəllüdlü Şükürov Allahverən Əzizağa oğlunun idarə etdiyi “Opel-Vectra” markalı, 10-UR-286 dövlət qeydiyyat nişanlı avtomobillə 1967-ci il təvəllüdlü Miridov Vahid Şirinbala  oğlunun  idarə etdiyi “Kamaz-5511” markalı, 10-NL-241 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində “Opel-Vectra” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər, 1986-cı il təvəllüdlü Şükürov Vüsal Malik oğlu və 1983-cü il təvəllüdlü Seyidov Xoşbəxt Yahya oğlu hadisə yerində ölüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi