5 yanvar 2014-cü il tarixdə Lənkəran rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

05 yanvar 2014-cü il

5 yanvar 2014-cü il tarixdə saat 10:00 radələrində Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu ərazisindən keçən 181-ci km-də 1968-ci il təvəllüdlü Hacıqabul rayon sakini Rzayev Səxavət Yahya oğlunun idarə etdiyi “Mercedes-Axor” markalı, 99-JE-292 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1971-ci il təvəllüdlü Bakı şəhər sakini Həsənov Fuad Tofiq oğlunun idarə etdiyi “VAZ-2103” markalı, 02-BA-768 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində “VAZ-2103” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər, 1972-ci il təvəllüdlü Həsənova Gülnaz Daşdəmir qızı və 1994-cü il təvəllüdlü Həsənova Məhəbbət Fuad qızı hadisə yerində ölüblər.

Faktlarla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi