10 yanvar 2014-cü il tarixdə Sabirabad rayonu ərazisində 4 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

10 yanvar 2014-cü il

10 yanvar 2014-cü il tarixdə saat 23:00 radələrində Hacıqabul-Bəhrəmtəpə  yolunun Sabirabad rayonu ərazisindən keçən 25-ci km-də 1994-cü il təvəllüdlü Sabirabad rayon sakini Həsənov Fərid Nadir oğlunun idarə etdiyi “VAZ-21011” markalı, 54-BF-691 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 1952-ci il təvəllüdlü Bakı şəhər sakini Adıgözəlov Sabir Cəbrayıl oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-ED-272 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər, Sabirabad rayon sakinləri 1995-ci il təvəllüdlü Əhmədov Elməddin Qacər oğlu, 1991-ci il təvəllüdlü Cəbrayılov Orxan Etibar oğlu və 1993-cü il təvəllüdlü Hüseynov Mircəfər Zamin oğlu hadisə yerində ölüblər,  1993-cü il təvəllüdlü Əhmədov Fərid Gülmirzə oğlu isə xəsarət alaraq Şirvan Şəhər  Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi