21 yanvar 2014-cü il tarixdə Abşeron rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

21 yanvar 2014-cü il

21 yanvar 2014-cü il tarixdə saat 23:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 23,5-ci km-də 1968-ci il təvəllüdlü Ağdam rayonundan məcburi köçkün Mehralıyev Gəray Surxay oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 10-ZS-637 dövlət qeydiyyat nişanlı avtomobillə 1986-cı il təvəllüdlü Cəlilabad rayon sakini Səlimov Azad Cəmaləddin oğlunun idarə etdiyi “Ford-Transit” markalı, 99-GH-397 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-21074” markalı avtomobilin sürücüsü və sərnişin, onun oğlu 1993-cü il təvəllüdlü Mehralıyev Vüsal hadisə yerində ölüblər, “Ford-Transit” markalı avtomobilin sürücüsü və sərnişini, 1979-cu il təvəllüdlü Kürdəmir rayon sakini Musayev İlham Ağapənah oğlu xəsarət alaraq Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.  
xəbərlərin arxivi