26 yanvar 2014-cü il tarixdə Abşeron rayonu ərazisində 4 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

26 yanvar 2014-cü il

26 yanvar 2014-cü il tarixdə saat 23:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 29-cu km-də 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Şükürov Nadir Şani oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi “Mercedes C180” markalı, 10-MN-722 dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamərdə hərəkətdə olan 1968-ci il təvəllüdlü Şamaxı rayon sakini İbadov Bahadur Sərvan oğlunun idarə etdiyi “VAZ-21011” markalı, 34-BB-128 dövlət qeydiyyat nişanlı avtomobillə, sonra isə Şəki rayon sakini Abdulhəmidov Murad Əvəz oğlunun idarə etdiyi “Mitsubishi L-200” markalı, 90-AH-363 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində “Mercedes C180” markalı avtomobilin sərnişini 1964-cü il təvəllüdlü Dibirova Gülbəniz İbad qızı və VAZ-21011” markalı avtomobilin sürücüsü və sərnişinləri, 1994-cü il təvəllüdlü İbadova Ceyran Bahadur qızı, İbadova Zəhra Bahadur qızı hadisə yerində ölüblər, “Mercedes C180” markalı avtomobilin sürücüsü və sərnişinləri, 1964-cü il təvəllüdlü Şamayılova Purim Tefkayevna, Əliyeva Fəridə Adil qızı, VAZ-21011” markalı avtomobilin sərnişinləri, 1970-ci il təvəllüdlü İbadova Arifə Xəlil qızı, 1986-cı il təvəllüdlü Novruzov Vidadi Gülabbas oğlu, habelə “Mitsubishi L-200” markalı avtomobilin sürücüsü və 1979-cu il təvəllüdlü sərnişini Rüstəmov Elşən Şahin oğlu xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi