27 yanvar 2014-cü il tarixdə Balakən rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

27 yanvar 2014-cü il

27 yanvar 2014-cü il tarixdə saat 17:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonu ərazisindən keçən 152-ci km-də 1985-ci il təvəllüdlü Balakən rayon sakini Saramanov Çinqiz Məhəmməd oğlu idarə etdiyi “VAZ 2106” markalı, 08-BD-269 dövlət qeydiyyat nişanlı avtomobillə Qullar kəndindən rayon mərkəzi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək səki ilə hərəkət edən piyada Balakən rayon sakini 1960-cı il təvəllüdlü Bodurova Məryəm Cəlal qızını vurub, sonra isə yolun kənarındakı daş hasara çırpılıb.  

Qəza nəticəsində piyada və sürücü aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.   
xəbərlərin arxivi