08 fevral 2014-cü il tarixdə Ağstafa rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

08 fevral 2014-cü il

08 fevral 2014-cü il tarixdə saat 17:45 radələrində Bakı-Qazax-Gürcustan sərhədi  yolunun Ağstafa rayonu ərazisindən keçən 467-ci km-də 1979-cu il təvəllüdlü Ağstafa rayon sakini Əliyev Kamil Bəşarəddin oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 35-BB-538 dövlət qeydiyyat nişanlı avtomobillə 1959-cu il təvəllüdlü Gürcüstan Respublikasının vətəndaşı İsmayılov Fərman Mustafa oğlunun idarə etdiyi “Mersedes-Benz-1846-Astro” markalı, 05-AC-258 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1977-ci il təvəllüdlü Ağstafa rayon sakini Əhmədova Mənzərə Adil qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.      
    Faktla bağlı araşdırma aparılır. 
xəbərlərin arxivi