26 fevral 2014-cü il tarixdə Tovuz rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

26 fevral 2014-cü il

26 fevral 2014-cü il tarixdə saat 07:15 radələrində Bakı-Qazax-Gürcustan sərhədi yolunun Tovuz rayonu ərazisindən keçən 427-ci km-də 1986-cı il təvəllüdlü İsmayıllı rayon sakini Nəzərov Elçin Tağı oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı, 99-BH-359 dövlət qeydiyyat nişanlı avtomobillə 1947-ci il təvəllüdlü Gəncə şəhər sakini Məmmədov Saleh Əziz oğlunun idarə etdiyi “Ford Transit” markalı, 99-GS-891 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “Mersedes-Benz” markalı avtomobil yolun kənarına aşaraq yanmiş, sürücüsü və avtomobildə olan sərnişin 1983-cü il təvəllüdlü Tovuz rayon sakini Zeynalov Seymur Zakir oğlu avtomobildə yanaraq ölüblər, “Ford Tranzit” markalı avtomobilin sürücüsü xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi