26 fevral 2014-cü il tarixdə Ağdaş rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

26 fevral 2014-cü il

26 fevral 2014-cü il tarixdə saat 21:45 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 259-cu km-də 1980-ci il təvəllüdlü Ağdaş rayon sakini Mustafayev Tural Mübariz oğlunun idarə etdiyi “Mitsubishi” markalı, 90-GC-751 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Ağdaş rayon sakini Abdullayev Anar Mircəlal oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər, avtomobildə olan digər sərnişin 1983-cü il təvəllüdlü Qasımov Aqil Əlövsət oğlu xəsarət alaraq Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi