Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə

14 mart 2014-cü il

                                                                   Müraciəti
     
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarında müvafiq dəyişikliklərin edilməsinə qədər respublikadaxili yük daşımalarında avtonəqliyyat vasitələrinin ümumi kütləsi üzrə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə razılaşdırılmış aşağıda göstərilən hədlərin tətbiqi müəyyən edilmişdir:

İkioxlu yük avtonəqliyyat vasitəsi üçün             - 18 ton

Üçoxlu yük avtonəqliyyat vasitəsi üçün:
- pnevmatik avadanlıqlarla təchiz olunmuş        - 30 ton
- digər                                                                      - 27 ton

Dördoxlu yük avtonəqliyyat vasitəsi üçü            - 40 ton

Beşoxlu yük avtonəqliyyat vasitəsi üçü              - 44 ton

 
       Xahiş edirik yükdaşıma qaydalarına ciddi riayət edəsiniz!
   
xəbərlərin arxivi