15 mart 2014-cü il tarixdə paytaxtın Suraxanı rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

15 mart 2014-cü il

15 mart 2014-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri Zığ şossesində 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-NB-466 dövlət qeydiyyat nişanlı avtomobillə 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G55 AMG” markalı, 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan sərnişinlər Bakı şəhər sakinləri 1959-cu il təvəllüdlü Abdullayeva Briliant Qulammirzə qızı, 2008-ci il təvəllüdlü Abdullayev Ağasəlim Vüqar oğlu hadisə yerində ölüblər, avtomobildəki digər sərnişinlər 1950-ci il təvəllüdlü Abdullayev Ağasəlim Sahib oğlu və 1984-cü il təvəllüdlü Abdullayeva Səadət Ziyafəddin qızı xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. 


xəbərlərin arxivi