20 mart 2014-cü il tarixdə Goranboy rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

20 mart 2014-cü il

20 mart 2014-cü il tarixdə saat 18:00 radələrində Goran-Naftalan yolunun 3-cü km-də 1989-ci il təvəllüdlü Goranboy rayon sakini Məmmədov Nicat Mürşüd oğlunun idarə etdiyi “Hyundai” markalı, 22-BG-837 dövlət qeydiyyat nişanlı avtomobillə 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Əhmədov Hikmət Komissar oğlunun idarə etdiyi “KİA” markalı, 90-DA-335 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və “KİA” markalı avtomobildə olan sərnişin 2006-cı il təvəllüdlü Əhmədov Əkbər Hikmət oğlu hadisə yerində ölüblər, digər sərnişinlər 1986-cı il təvəllüdlü Nuriyeva Günay Asif qızı və 1970-ci il təvəllüdlü İsrafilova Aygün Aydan qızı xəsarət alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. 


xəbərlərin arxivi