4 aprel 2014-cü il tarixdə Ağdaş rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

04 aprel 2014-cü il

4 aprel 2014-cü il tarixdə saat 16:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən 270-ci km-də 1983-cü il təvəllüdlü Qazax rayon sakini Lalayev Elvin Mehman oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 90-XZ-967 dövlət qeydiyyat nişanlı avtomobillə 1988-ci il təvəllüdlü Hacıqabul rayon sakini Əliyev Mehdi Rza oğlunun idarə etdiyi “Kamaz” markalı, 24-BE-444 dövlət qeydiyyat nişanlı və 1965-ci il təvəllüdlü Tovuz rayon sakini Əhmədov Bəhrəm Talıb oğlunun idarə etdiyi “Kamaz-65115” markalı, 60-BL-211 dövlət qeydiyyat nişanlı yuk avtomobilləri toqquşub.
Qəza nəticəsində “VAZ-21074” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər 1962-ci il təvəllüdlü Qazax rayon sakini Qaraxanova Akifə Məşədi qızı və 2014-cü il təvəllüdlü mart ayının 20-də anadan olmuş Lalayeva Raya Elvin qızı hadisə yerində ölüblər, “Kamaz-65115” markalı avtomobilin sürücüsü isə xəsarət alaraq Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 


xəbərlərin arxivi