6 aprel 2014-cü il tarixdə Ağstafa rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

07 aprel 2014-cü il

6 aprel 2014-cü il tarixdə saat 05:00 radələrində Ağstafa rayonunun Poylu kəndi ərazisində 1985-ci il təvəllüdlü Ağdam rayon sakini Məmmədov Anar Vaqif oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 22-BG-793 dövlət qeydiyyat nişanlı avtomobil dəmir yolunun üzərindən keçən körpüdə yoldan çıxaraq yüksəkgərginlikli elektrik naqillərinin üzərinə, oradan isə naqilləri sındıraraq dəmir yol xəttinin üzərinə aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər Ağstafa rayon sakinləri 1993-cü il təvəllüdlü Əliyev Vasif Azər oğlu və 1975-ci il təvəllüdlü Əliyeva Vüsalə Ağabala qızı hadisə yerində ölüblər, sürücü və avtomobildə olan digər sərnişin Ağstafa rayon sakini 1990-cı il təvəllüdlü Şüşanov Vüsal Vaqif oğlu xəsarət alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.    
Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi