5 aprel 2014-cü il tarixdə Gəncə şəhəri ərazisində 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

06 aprel 2014-cü il

5 aprel 2014-cü il tarixdə saat 18:30 radələrində Gəncə şəhərinin Nizami və Şah İsmayıl Xətai küçələrinin kəsişməsində 1986-cı il təvəllüdlü Şəmkir rayon sakinləri Rəcəbov Vasif Rafiq oğlunun idarə etdiyi “Kamaz-53212” markalı, 40-BD-971 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1984-cü il təvəllüdlü Məmmədov Elməddin Seyfəddin oğlunun idarə etdiyi “VAZ-21154” markalı, 57-BT-795 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Qəza nəticəsində “VAZ-21154” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər Gəncə şəhər sakinləri, 1990-cı il təvəllüdlü Leqmanzadə Taleh Tehran oğlu, 1977-ci il təvəllüdlü Əskərov İlham Nazim oğlu, 1978-ci il təvəllüdlü Seyidov Elxan İsa oğlu, Şəmkir rayon sakinləri 1987-ci il təvəllüdlü Seymur Rakif oğlu Hüseynov və 1981-ci il təvəllüdlü Osmanov Həsən Elman oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi