18 aprel 2014-cü il tarixdə Qəbələ rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

19 aprel 2014-cü il

18 aprel 2014-cü il tarixdə saat 22:30 radələrində Zarağan-Ağdaş yolunun Çarxana kəndi ərazisində 1986-cı il təvəllüdlü Tovuz rayon sakini Qocayev Elçin Əsgər oğlu idarə etdiyi “Mersedes-C180” markalı, 48-BB-530 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman idarəetməni itirib və yolun soluna çıxaraq onu aşırıb.
Qəza nəticəsində avtobilin sürücüsü və avtomobildə olan sərnişin 1984-cü il təvəllüdlü Tovuz rayon sakini Hümmətov Ruslan Mehman oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi