20 aprel 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

20 aprel 2014-cü il

20 aprel 2014-cü il tarixdə saat 04:00 radələrində Babək rayonu Vayxır kəndinin ərazisində 1980-ci il təvəllüdlü Babək rayon sakini İsmayılov Rövnəq Vahid oğlu idarə etdiyi “VAZ-21074” markalı, 85-CG-319 dövlət qeydiyyat nişanlı avtomobili su kanalına aşırıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər, Babək rayon sakinləri 1986-cı il təvəllüdlü İsmayılov Sunay Vahid oğlu və 1988-ci il təvəllüdlü Məmmədov Hüseyn Musa oğlu hadisə yerində ölüblər, digər sərnişin 1994-cü il təvəllüdlü Allahverdiyev Sahil İbrahim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi