29 aprel 2014-cü il tarixdə İmişli rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

30 aprel 2014-cü il

29 aprel 2014-cü il tarixdə saat 12:30 radələrində Hacıqabul-Horadiz yolunun Kürmahmudlu kəndi ərazisindən keçən 80-ci km-də 1984-cü il təvəllüdlü İmişli rayon sakini Əhmədov Qoşqar Nazim oğlu “Mersedes-230” markalı, 90-FL-106 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman idarəetməni itirərək onu yolun soluna aşırıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər İmişli rayon sakinləri 1925-ci il təvəllüdlü Süleymanov Əvəz Naçi  oğlu və 1984-cü il təvəllüdlü Rzayev Yalçın İsrafil oğlu hadisə yerində ölüblər.  Faktla bağlı araşdırma aparılır.   
xəbərlərin arxivi