01 iyun 2014-cü il tarixdə Ucar rayonu ərazisində 3 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

02 iyun 2014-cü il

01 iyun 2014-cü il tarixdə saat 20:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ucar rayonu ərazisindən keçən 219-cu km-də 1965-ci il təvəllüdlü Kürdəmir rayon sakini Atakişiyev Əfqan Cümşud oğlunun idarə etdiyi “Mercedes-190” markalı, 10-TL-953 dövlət qeydiyyat nişanlı avtomobillə 1978-ci il təvəllüdlü Ucar rayon sakini Məmmədov İman Maqsud oğlunun idarə etdiyi “VAZ-21060” markalı, 90-MA-697 dövlət qeydiyyat nişanlı  avtomobil  toqquşub.
Qəza nəticəsində “VAZ-21060” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1985-ci il təvəllüdlü Ucar rayon sakini Şirinov Vüqar Şirazi oğlu və “Mercedes-190” markalı avtomobildə olan sərnişin 1947-ci il təvəllüdlü Şamaxı rayon sakini Mikayılov Emin Qalib oğlu hadisə yerində ölüblər, “Mercedes-190” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1968-ci il təvəllüdlü Atakişiyeva Xatirə Qəzənfər qızı və “VAZ-21060” markalı avtomobildə olan sərnişin 1986-cı il təvəllüdlü Ucar rayon sakini Məmmədov Səbuhi Məmməd oğlu xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.     
Faktla bağlı araşdırma aparılır. 
xəbərlərin arxivi