26 iyun 2014-cü il tarixdə Göy-Göl rayonu ərazisində 2 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

26 iyun 2014-cü il

26 iyun 2014-cü il tarixdə saat 10:00 radələrində Gəncə-Daşkəsən yolunun Göy-Göl rayonu ərazisindən keçən 1-ci km-də 1979-cu il təvəllüdlü Gəncə şəhər sakini Əhmədov Fidail Yolçu oğlunun idarə etdiyi “İsuzu-Boqdan” markalı, 20-AE-176 dövlət qeydiyyat nişanlı avtobusla 1968-ci il təvəllüdlü Gəncə şəhər sakini Babayev İlqar Firuddin oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 20-CE-595 dövlət qeydiyyat nişanlı avtomobil  toqquşub.
Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin Gəncə şəhər sakini 1948-ci il təvəllüdlü Babayeva Mahirə Həmid qızı hadisə yerində ölüblər, həmin avtomobildə olan digər sərnişin 1969-cu il təvəllüdlü Nağıyeva Tahirə Firuddin qızı, “İsuzu-Boqdan” markalı avtomobildə olan sərnişinlər 1979-cu il təvəllüdlü Cəfərova Nazilə Suliddin qızı, 2010-cu il təvəllüdlü Həsənov İsmayıl Nizami oğlu, 1938-ci il təvəllüdlü Abbasov Məhərrəm Nəsrəddin oğlu xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.   
Faktla bağlı araşdırma aparılır.    
xəbərlərin arxivi