30 iyun 2014-cü il tarixdə Goranboy rayonu ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

30 iyun 2014-cü il

30 iyun 2014-cü il tarixdə saat 09:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Goranboy rayonu ərazisindən keçən 329-cu km-də 1971-ci il təvəllüdlü Bakı şəhər sakini Qasımov Habil Əziz oğlu idarə etdiyi “Toyota Land Cruiser” markalı, 10-HE-071 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman idarəetməni itirərək onu yolun sağ tərəfinə aşırıb.
Qəza nəticəsində sürücü və sərnişinlərdən Bakı şəhər sakinləri 1945-ci il təvəllüdlü Qasımov Abgül Məmmədkərim oğlu hadisə yerində, 1967-ci il təvəllüdlü Qasımov Faiq Əziz oğlu isə xəstəxanada ölüblər, xəsarət alan 1963-cü il təvəllüdlü Qasımov İlham Xuduş oğlu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.   
Faktla bağlı araşdırma aparılır. 
xəbərlərin arxivi