Məlumatlar 23 noyabr 2017-ci il

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

12 iyul 2014-cü il tarixdə paytaxtın Suraxanı rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

18 iyul 2014-cü il

12 iyul 2014-cü il tarixdə saat 14:10 radələrində Bakı şəhərinin Hövsan-Zığ yolunda 1989-cu il təvəllüdlü Sumqayıt şəhər sakini Heydərov Pərviz Aqil oğlu idarə etdiyi “İzusu” markalı, 90-JD-340 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Ağayev Pünhan Səftər oğlunun idarə etdiyi “Vaz-2106” markalı, 10-BV-185 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Vaz-2106” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər - Bakı şıhər sakinləri, 2001-ci il təvəllüdlü Əhmədova Şahnaz Eldar qızı, 2004-cü il təvəllüdlü Əhmədov Elmar Eldar oğlu hadisə yerində ölüblər, 1978-ci il təvəllüdlü Əhmədova Könül Əlixan qızı və “İzusu”markalı avtomobilin sürücüsü xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi